Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə ÜDM 11 faizdən çox artıb

Bu ilin ilk 4 ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM)
artıb.

AzerTimes-ın məlumatına görə, bu
barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində
bildirib.

Nazir qeyd edib ki, Azərbaycan iqtisadiyyatında pandemiyadan
sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq bu ilin
yanvar-aprel aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən
7,2% artaraq 39 mlrd. 554,8 mln. manat, qeyri-neft-qaz sektoru üzrə
isə 11,4% artaraq 19 mlrd. 469,1 mln. manat olub.

“Belə ki, 2021-ci ilin ilk 4 ayı ərzində ÜDM əvvəlki ilin
yanvar-aprel aylarına nisbətən 0,2% az idi.

Qeyri-neft-qaz sektoru üzrə ÜDM isə ötən ilin həmin dövründə
2020-сi ilin yanvar-aprel aylarına nisbətən cəmi 4,1% artmışdı”, –
M.Cabbarov yazıb.

Teqlər: