Xəbər - Çingiz Səfərli – Trend:
Saatlıda qanunsuz ov edən Küveyt vətəndaşları 10 352 manat cərimələniblər.
AzerTimes-ın məlumatına görə, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.
“Araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10 352 manat məbləğində cərimə olunub”, – H.Əlizadə deyib.