Azərbaycanda qanunsuz meşə qırılmalarının həcmi 5,5 dəfə azalıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Son 4 ildə Azərbaycanda qanunsuz meşə qırılmalarının həcmi 5,5 dəfə, başqa sözlə, 45 min kubmetr azalıb.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Bunu çox böyük göstərici sayan H.Əlizadə qeyd edib ki, 2017-ci ilin qeydə alınmış qanunsuz meşə qırılmalarının həcmi 55 min kubmetr, 2018-ci 28 min kub metr olub. 2019-cu ildə bu göstərici 18 minə, 2020-ci ildə 10 min kub metrə enib:


“Bəzən sosial şəbəkələrdə şəxsi ədavətə əsasən məlumatlar yerləşdirilir. Əlbəttə ki, biz müraciətlər əsasında preventiv tədbirlər həyata keçirə bilirik. Amma şəxsi ədavət üzərində qurulan məlumatlar bizim işimizi ləngidir, ona əlavə xərclər sərf edilir”.

Teqlər: