Xəbər - Humay Ağacanova – Trend:
Azərbaycanda qanuni fəaliyyət göstərən hər bir universitetin diplomu xarici ölkələrdə tanınır.
AzerTimes-ın məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Eldar Orucov bildirib.
E.Orucov qeyd edib ki, qanuni fəaliyyət dedikdə ilk növbədə həmin universitetin lisenziyası olmalıdır:
“Bundan başqa tələbənin oxuduğu dövr üçün ali təhsil müəssisəsinin akkreditasiyası olmalıdır və Azərbaycanda fəaliyyət göstərən hər bir universitetin akkredasiyası mövcuddur”.