Azərbaycanda onlayn pul köçürmələri zamanı problemlər yaşanır.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, “Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı hazırda da davam edən müəyyən məhdudiyyətlər yaranıb.
“Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq”, – deyə “Azərikard”dan bildirilib.
“Rabitəbank”dan bildiriblər ki, “Azərikard” prosessinq mərkəzində yaşanan texniki çətinlik ilə əlaqədar mobil tətbiqdə kart məlumatları əks olunmur. Hazırda çətinliyin aradan qaldırılması üçün işlər aparılır.