Azərbaycanda pul bazası il ərzində artıb

Xəbər - Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci il martın 1-ə olan vəziyyətə görə Azərbaycanda pul bazası 12,863 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir

Ötən ayla müqayisədə pul bazası 0,6 faiz və ya 81 milyon manat artıb.

Eyni zamanda ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 6,2 faiz və ya 750,7 milyon manat artıb.

Teqlər: