Azərbaycanda pul bazası bir aya 25 faizdən çox artıb

Xəbər - Nəzrin İsrafilova – Trend:

2021-ci il dekabrın 30-a olan vəziyyətə görə Azərbaycanda pul bazası 17,937 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Ötən ayla müqayisədə pul bazası 25,6 faiz və ya 3,658 milyard manat artıb.


Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 32,2 faiz çoxalıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: