Azərbaycanda pul bazası 3 milyard manata yaxın artıb

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci il iyunun 1-ə olan vəziyyətə görə Azərbaycanda pul bazası 13,857 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir

Ötən ayla müqayisədə pul bazası 4,3 faiz və ya 575,2 milyon manat artıb.

Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 26,9 faiz və ya 2,935 milyard manat artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: