Azərbaycanda poliklinikalarda onlayn sistem çöküb.
AzerTimes xəbər verir ki, bu barədə Oxu.az-a sağlamlıq haqqında arayış almaq istəyən vətəndaşlar bildiriblər.
Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.
15 tibb müəssisəsində sözügedən problemin yaşandığı qeyd olunur.