Azərbaycanda plastikin təkrar emalı texnologiyası tətbiq edilə bilər – Nazir

Azərbaycanda plastikin təkrar emalı texnologiyası tətbiq edilə
bilər.

Trend-in
məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev ADA Universitetində keçirilən “Italian Design Day”
sərgisində deyib.

“Bu gün tullantıların idarə olunması dünya trendidir. Eyni
zamanda, bu, təkcə Azərbaycanın deyil, bütün regionun problemidir”,
– nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda plastikin təkrar emalı
texnologiyasının tətbiqi imkanı realdır və bu mövzuda müzakirələr
aparılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: