Martın 2-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.