Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ
veriləcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev AzerTimes-a
bildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna
dəyişiklik edilir.
O qeyd edib ki, qanuna dəyişikliklərin vacib məqamlarından biri
də bir pensiyadan başqa pensiyaya keçmək hüququnun
verilməsidir.
“Mövcud qanunvericiliyə görə, əlilliyə görə pensiya alanın yaşa
görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə
pensiya almaq hüququ yoxdur. Yəni pensiya növünün dəyişdirilməsi
hazırda qanunda nəzərdə tutulmur, amma yeni tətbiq ediləcək qanunda
bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq
ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın”, – deyə M.Quliyev
əlavə edib.