Azərbaycanda oynamış sabiq futbolçu Mario Boziç vəfat edib.
AzerTimes xəbər verir ki, yarımmüdafiəçi 40 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Mario Boziç 2012/2013 mövsümündə fəaliyyətini dayandırmış “Simurq” klubunun formasını geyinib. Sabiq futbolçuya bir neçə il əvvəl beyin şişi diaqnozu qoyulub. İki əməliyyata baxmayaraq, Boziçin həyatını xilas etmək mümkün olmayıb.