Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda övladlığagötürmə qaydasına dəyişiklik təklif edilir.
AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik olunur.
Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: “Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.
Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.
Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.