Azərbaycanda ov mövsümü başa çatıb

Azərbaycanda 2021-2022-ci illər üzrə ov mövsümü fevralın 27-də
başa çatıb və ov icazələrinin verilməsi dayandırılıb. Həmin
tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi
qadağandır.

AzerTimes xəbər verir ki, bunu
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev
bildirib.


Xidmət rəisi ov ilə məşğul olan şəxsləri qadağan olunan
vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb: “Ov mövsümünün
bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə
bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların
populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan
olunur”.

Teqlər: