Azərbaycanda ötən il yol təsərrüfatına 637 min manat ziyan dəyib

Xəbər - Samir Əli – Trend:

2020-ci ildə Bakıda 75, Respublika ərazisində 429 olmaqla, ümumilikdə yol qurğu elementlərinə ziyan dəymiş 504 yol nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.


O bildirib ki, nəticədə 7858 əyri xətli tirlər, 80 pm mühafizə çəpərləri, 32 işıq dirəyi,19 yol nişanı, 43 m körpü muəhəccəri, 1 sərnişin dayanacağı, 9 səs boğucu, 3 informatik lövhə yararsız hala düşüb: “Umumilikdə yol təsərrüfatına 637047,16 manat məbləğində maddi ziyan dəyib. Bundan 431538,99 manatı (67,74 faizi) ödənilib”.

Teqlər: