Azərbaycanda ötən il bağlanan nikahların sayı açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci il ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon
(şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191
boşanma halları qeydə alınıb.

AzerTimes-ın
məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2020-ci
ilə nisbətən 60,0 faiz artaraq onun səviyyəsi 5,6, boşanma
səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.


Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1),
Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında
və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə
Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi
Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə
göstəricilərindən yüksək olub.

Teqlər: