Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar məlum
olub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, cari ilin fevral ayında
əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma unun, çörəyin, peçenyenin, vaflinin, qoyun, mal və toyuq
ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış
şəkərli və pasterizə olunmamış üzlü südün, xamanın, kəsmiyin,
yoqurtun, pendirin, kərə yağının, süfrə marqarininin, bananın,
naringinin, narın, heyvanın, balqabağın, pomidorun, xiyarın,
kartofun, soğanın, sarımsağın, kələmin, şokolad məmulatlarının və
konfetlərin, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə
şirəsinin, arağın qiymətində qeydə alınıb.

Ucuzlaşma isə yumurtanın, çuğundurun və yerkökünün qiymətlərində
müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.

Teqlər: