Azərbaycanda otellərlə bağlı statistika açıqlandı

Azərbaycanda otellərlə bağlı statistika açıqlandı

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1027,0 min olub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, gecələmələrin 55,1 faizi Bakıda, 6,8 faizi Qəbələdə, 6,8 faizi Qubada, 5,5 faizi Qusarda, 5,5 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 3,0 faizi Naftalanda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Xaçmazda, 1,1 faizi Şamaxıda, 0,9 faizi Şuşada və 8,5 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olub ki, bu da ümumi gecələmələrin 49,0 faizini təşkil edir.

Gecələmələrin 11,9 faizi Səudiyyə Ərəbistanı, 11,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,5 faizi Türkiyə, 10,7 faizi Rusiya Federasiyası, 4,4 faizi Böyük Britaniya, 3,9 faizi Küveyt, 3,8 faizi İsrail, 3,5 faizi Hindistan, 3,0 faizi ABŞ, 1,9 faizi Pakistan, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,5 faizi İtaliya, 1,4 faizi Gürcüstan, 1,4 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Özbəkistan, 0,8 faizi Niderland, 0,7 faizi Ukrayna, 0,6 faizi Fransa, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Teqlər: