Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda onlayn satışa çıxarılan ən bahalı avtomobilin qiyməti yarım milyon manatdan çoxdur. Belə ki, onlayn platforma üzərindən satışa çıxarılan “Mercedes-Maybach GLS 600 4MATIC” (4.0 L, 2021 il) avtomobilinin qiyməti 578 000 manatdır.
AzerTimes-ın məlumatına görə, ikinci ən bahalı avtomobil isə “Bentley” ailəsinə aiddir. Onlayn satışda olan “Bentley Continental” (6.0 L, 2018 il) modelinin qiyməti 508 000 manatdır.
Üçüncü ən bahalı avtomobil isə “Rolls-Royce”a məxsusdur. “Rolls-Royce”un “Wraith” (6.5 L, 2016 il) modeli 470 000 manata onlayn satışa çıxarılıb.
Qeyd edək ki, ötən üç ay ərzində mövcud olan bir sıra bahalı avtomobillərin satılıb-satılmadığı məlum olmasa da artıq onlayn satışda yoxdur. Belə ki, üç ay əvvəl satışda olan 816 min manat dəyərində “Rolls-Royce Cullinan” modeli (6.7 L, 2019 il), 450 min manat dəyərində “Lamborghini Huracan” modeli (5.2 L, 2017 il), 438 min manat dəyərində “Mercedes-Maybach S 560” modeli, 350 min manat dəyərində “Bentley Flying Spur” modeli (6.0 L, 2020 il) satışdan çıxıb.