Xəbər - Fərid Zöhrabov – Trend:
Dünyada koronavirusun təhlükəli hesab olunan “omikron” ştamı artıq qonşi ölkələrdə yayılmaqdadır. Virusun bu növü ölkəmizdə yayıla bilər.
Koronavirusun bu növü digərləri ştamlarla müqayisədə daha tez yayılır.
Bununla bağlı Trend-ə açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, “omikron” ştamı artıq əksər ölkələrdə yayılmağa başlayıb.
“Ölkəmizdə pandemiya il bağlı vəziyyət stabildir. Aktiv xəstələrin sayı stabildir. Koronavirusun “omikron” ştamı qonşu ölkələrimizdə yayılmağa başlayıb. Bu ölkəmiz üçün riskin çox yaxın olduğunu bildirir. Qonşu ölkələrdə virusun bu ştammının yayılması onu göstəriri ki, ölkəmiz üçün vəziyyət ciddidir. Belə görünür ki, omicron virusunun ölkəmizdə yayılması qaçınılmaz olacaq. Çünki Türkiyə və İrana gedib-gələn vətəndaşlarımız çoxdur. Orda yoluxub geri qayıdan insan bilmədən başqa insanları da yoluxdura bilərlər”, – deyə o bildirib.
Qeyd edək ki, dünən İranın paytaxtı Tehranda “omikron” ştamına ilk yoluxma halı qeydə alınıb. Qonşu Rusiyada 25 , Türkiyədə 6 yoluxma faktı qeydə alınıb.