Azərbaycanda ölüm səviyyəsi azalıb.
Bu barədə AzerTimes-a
Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, bu ilin birinci rübündə ölkədə 18723 ölüm halı
qeydə alınıb.
Ötən i lin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000
nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 7,6-ya düşüb.
Eyni zamanda ilin əvvəlindən ölkə əhalisinin sayı 10812 nəfər və
ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə
10167178 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini
kənd sakinləri təşkil edib, kişilərlə qadınlar arasında cins
nisbəti isə eyni olub.