Azərbaycanda olarkən özümü evdəki kimi hiss edirəm – Türkiyəli gimnast

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycanda olarkən özümü evdəki kimi hiss edirəm.

Bunu Trend
Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun
iştirakçısı, türkiyəli gimnast Gürkan Mutlu deyib.

“Bu, mövsümün ilk Dünya Kubokudur və mən öz çıxışımdan razı
qaldım. Hər şey planlaşdırdığım kimi keçdi. Ümid edirəm ki, növbəti
mərhələdə də proqramı uğurla yerinə yetirəcəyəm. Bakıdakı yarış çox
vacibdir, çünki yeni qaydalara uyğun keçirilir”, – deyə o
bildirib.

Gimnast qeyd edib ki, yarışların təşkilindən çox razıdır.

“Azərbaycana ilk dəfə deyil ki, gəlirəm və burada beynəlxalq
yarışların gözəl təşkil olunduğunu bilirəm. Təşkilatçılar
idmançılar üçün lazım olan bütün xırdalıqları nəzərə alıblar. Özümü
burada hər zaman rahat, evdəki kimi hiss edirəm”, – idmançı
deyib.


Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya
kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki
yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni
qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü
təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci
təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.
Qeyd edək ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut
gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq
iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların
miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda
müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova
təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: