Azərbaycanda növbəti qətl hadisəsi…

Azərbaycanda növbəti qətl hadisəsi…

Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Rüfət Sovet oğlu Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Bu barədə AzerTimes-a DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.

Teqlər: