Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanda 2020-2040-ci illər üçün iqlim ssenariləri hazırlanıb.
AzerTimes xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları” mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, iqlim ssenariləri Böyük Britaniya Meteorologiya Təşkilatının İqlim Proqnozları və Tətqiqatları üzrə Hadli Mərkəzinin hazırladığı “HadGEM2-ES” modeli, Almaniyanın Max Planck Meteorologiya instistunun hazırladığı MPI-ESM-MR modeli, Amerikanın Noaa-GFD Laboratoriyasının hazırladdığı GFDL-ESM2M modeli əsasında hazırlanıb.
“Modellərin yoxlanılması 1971-2000-ci illərin nəticələri əsasında həyata keçirillib. MPİ modelinə əsasən, əksər rayonlarda 1-1,5°C , Abşeron və cənubda 0,5-1,5°C artım proqnozlaşdırılır. Həmçinin Abşeron və Aran regionun şərq hissəsində yağıntıda artım, digər rayonlarda isə azalma proqnozlaşdırılır”, – deyə o qeyd edib.