Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq

Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycanda köşklərdə “MasterCard” kartlarının satışı planlaşdırılır, bu kartlar vasitəsilə ictimai nəqliyyatda və digər sektorlarda ödəniş etmək mümkün olacaq.

AzerTimes-ın məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi Erdem Çakar onlayn tədbir zamanı deyib.

O bildirib ki, həmin kartların balansını digər kartlar (card to card) vasitəsilə və ya ödəniş terminalları vasitəsilə doldurmaq mümkün olacaq


“Biz Azərbaycanda köşklərdə kartların satışına başlamağı planlaşdırırıq. Bu kartlar vasitəsilə nəqliyyatda gediş haqlarını ödəmək mümkün olacaq. Həmçinin, bu kartlar nağdsız ödənişlərin mümkün olduğu təşkilatlarda və elektron ticarət sahəsində istifadə oluna bilər”.

Teqlər: