Azərbaycanda neft hasilatı 2026-cı ilədək bərpa olunacaq – BEA

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycanda neft hasilatı OPEC+ sazişinin yumşalması ilə əlaqədar 2026-cı ildədək bərpa olunacaq.

Trend bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda və Qazaxıstanda hasilatın bərpa olunması gözlənilir: “OPEC+ regionunda neft tədarükü 2022-ci ildə Qazaxıstanın “Tengiz” yatağının genişləndirilməsi və 2023-cü ildə Azərbaycanın “Şərqi-Mərkəzi Azəri” platformasının işə salınması ilə əlaqədar artacaq. “Karaçaqanak” və “Kaşaqan” yataqlarında hasilatın artırılması üzrə planlar təxirə salınıb”


BEA-nın proqnozlarına əsasən, OPEC+ sazişinin digər vacib iştirakçısı olan Rusiya neft hasilatını 700 barel/sutka və 2026-cı ilədək gündəlik hasilatı 11,3 milyon barelədək artıra bilər.

Teqlər: