Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev vəzifəsindən azad edilib.
AzerTimes TNS-a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Qeyd edək ki, Nicat Babayev 2019-cu ildən 2023-cü ilin mart ayınadək əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. Ötən il martın 16-da Ceyhun Cəlilov nazir, Nicat Babayev isə nazir müavini təyin edilmişdi.
Nicat Babayevin ABŞ-yə köçdüyü bildirilir.