Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 75 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üzrə hesabatında deyilir.
Məsuliyyətə cəlb edilmiş 75 xarici ölkə vatandaşından 39-u İran İslam Respublikası, 11-i Gürcüstan, 18-i Rusiya, 3-ü Qazaxıstan, 2-si Türkiyə, 1-i Pakistan və 1-i Ukrayna vətəndaşı olub.