Azərbaycanda nağdsız valyuta bazarında əməliyyatların həcmi 27 milyard dolları ötüb

2021-ci ildə Azərbaycanın nağdsız valyuta bazarında aparılmış
əməliyyatların həcmi 2020-ci illə müqayisədə 7,4 faiz artaraq 27,8
milyard ABŞ dolları ekvivalentinə bərabər olub.

Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının “2021-ci il
üzrə pul siyasəti icmalı”nda deyilir.

Qeyd olunur ki, nağdsız valyuta əməliyyatlarının 86,4 faizi ABŞ
dolları, 13,6 faizi digər valyutalarla aparılıb. Valyuta
əməliyyatlarının 29,7 faizi banklararası valyuta bazarında, 70,3
faizi isə bankdaxili valyuta bazarında həyata keçirilib.


Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın
alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2020-ci illə
müqayisədə 21,5 faiz azalaraq 4 milyard dollar ekvivalentinə
bərabər olub.

Teqlər: