Azərbaycanda münbit investisiya muhiti mövcuddur- MUSİAD

Azərbaycanda münbit investisiya muhiti mövcuddur, bu haqda AzerTimes-a açıqlamasında , Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİA) Axərbaycan ofisindən daxil olan məlumatda bildirilir.

Qeyd olunub ki , bu gün türkiyəli iş adamları Azərbaycanda bir çox sahələrə investisiya yatırıblar və önümüzdəki illərdə də investisiya həcminin atracağı istisna edilmir.

“Gələcəkdə Azərbayncan və Türkiyə investorları və iş adamları arasında təcrübə mübadiləsi labüddür” – deyə məlumatda bildirilib.

MUSİAD-dan daxil olan məlumatda o da qeyd olunun ki, azərbayncalı və türkiyəli iş adamlarının ümdə vəzifələrindən biri də, xalqlarımızın maraqlarına xidmət etməkdir.

Qeyd edək ki , bu gün MUSİAD nümayəndə heyəti Xaçmaz rayonuna səfər edib.

Tanışlıq xarakteri daşıyan səfər zamanı MUSİAD nümayəndə heyəti ilə İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Milli Məclisin deputatı Sevil Mikayılova arasında görüş olub.

Millət vəkili Sevil Mikayılova da iş adamları arasında qarşılıqlı əlaqələrin qurulmasının əhəmiyyətini yüksək qiymətləndirib və bu birliyin iki dövlət, bir millət olan xalqlarımız üçün əhəmiyyətli olduğunu deyib.

Görüşün sonunda türkiyəli qonaqlar tərəfindən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə simvolik olaraq xatirə hədiyyəsi təqdim edilib.

Teqlər: