Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair faktın bəzi təfərrüatı məlum olub.
AzerTimes xəbər verir ki, 34 yaşlı S.Abbasova sabah saatlarında yaşadığı binanın qarşısında qətlə yetirilib.
Onu öldürən şəxs mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayır.
Məlumata görə, öldürülən S.Abbasova toy mərasimlərində müğənnilik edib. Onun azyaşlı övladı var.
Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib.
H.Abbasov daha əvvəl məhkumluq həyatı yaşayıb.