Azərbaycanda monetar siyasət iqtisadiyyatın bərpasını dəstəkləyəcək – AİB

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ildə Azərbaycanda monetar siyasət inflyasiyaya nəzarət etməyə yönələcək, eyni zamanda iqtisadiyyatın bərpasını dəstəkləyəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook-2021” hesabatında deyilir.

Eyni zamanda AİB Azərbaycanda fiskal stimulun daim təmin olunması və özəl sektorun kreditləşməsinin artması nəticəsində geniş pul kütləsinin artmasını proqnozlaşdırır.

Bankın ekspertləri hesab edir ki, valyuta məzənnəsi sabit qalmalıdır, çünki ticarət balansının müsbət saldosunun təkrar formalaşması nəticəsində milli valyuta təzyiq altına düşə bilər.

Hesabatda, həmçinin qeyd olunur ki, Mərkəzi Bank tərəfindən likvidliyin adekvat səviyyəsinin təşkil olunması üçün valyuta bazarının monitorinqi keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: