Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu il Azərbaycanda mobil rabitə operatorları 638,1 milyon manat gəlir əldə ediblər.

AzerTimes-ın məlumatına görə, informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,1 faiz artaraq 1 milyard 499,8 milyon manat təşkil edib ki, onun da 74,9 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 42,5 faizi və ya 638,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


Twitter: @ElchinMehdiyev

Teqlər: