Azərbaycanda mobil POS-terminallar işə düşə bilər

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda yaxın zamanlarda smartfon platformalarında mobil POS-terminallar işə düşə bilər.

Trend-in məlumatına görə, bunu “MasterCard”ın Avropa ölkələrində biznesin inkişafı və kibertəhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı “Gələcək indidir” adlı onlayn konfrans zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanda “Apple Pay” sistemi işə salınıb və bu, qlobal korporasiyaların Azərbaycan bazarına çıxış əldə etməkdə maraqlı olduğunu göstərir:

“Azərbaycanda POS-terminalların 80 faizə yaxını təmassız ödənişləri dəstəkləyir ki, bu da yerli bazara həmin sistemin çıxışını təmin etdi”.


Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)