Azərbaycanda mobil operatorların gəlirləri azalıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin gəlirləri azalıb.

AzerTimes-ın məlumatına görə, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar ayında əvvəlki ilin yanvar ayı ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5,1 faiz azalaraq 177,8 milyon manat təşkil edib ki, onun da 75,1 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 41,4 faizi və ya 73,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Teqlər: