Azərbaycanda minaaxtaran çəkmələr istehsal olunub – Foto

Azərbaycanda minaaxtaran çəkmələr istehsal olunub – Foto

Azərbaycanda ilk dəfə olaraq minaaxtaran çəkmələr istehsal olunub.

AzerTimes APA-ya istinadla xəbər verir ki, bu barədə ölkəmizdə keçrilən V ADEX-2024 sərgisində məlumat verilib.

Bildirilib ki, həmin çəkmələr öz funksiyalarını asan daşınan idarəetmə bloku və alt hissəyə yerləşdirilmiş sensorlar vasitəsilə yerinə yetirir. Mina aşkar olunduqda cihaz bu barədə siqnalı istəyə bağlı olaraq dinamikə və ya qulaqcığa ötürür. Layihə prototipdir, üzərində sınaq və təkmilləşdirmə işləri aparılır.

Bu çəkmələrin əsas özəlliklərindən biri 15 santimetr dərinlikdə yerləşdirilən mina və digər metal konstruksiyalı təhlükəli partlayıcı qurğuları aşkar etməsi, eləcə də 6 saatlıq rejimdə fəaliyyət qabiliyyətinə malik olmasıdır. Daha bir xüsusiyyət isə onun daha az büdcə hesabına ərsəyə gəlməsi, habelə asanlıqla daşına bilməsidir.

Eyni zamanda mürəkkəb iş xüsusiyyətinə malik olmaması bu çəkmələrin idarəetməsinin personal tərəfindən asanlıqla mənimsənilməsinə imkan verir.

Sözü gedən çəkmələr, həmçinin şəxsi heyətin döyüş şəraitində əlavə vaxt itkisinin qarşısını alır və daha qısa müddətdə irəliləməklə döyüş tapşırığını yerinə yetirməsinə şərait yaradır.

Teqlər: