Azərbaycanda Milli Süni İntellekt Strategiyası hazırlanacaq

Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyevin sədrlik etdiyi iclasda İşçi Qrupun fəaliyyət prinsipləri, 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi imkanları, həmçinin Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər, əşyaların interneti, böyük verilənlər (Big Data), onların təhlili və emalı məsələlərinə dair təqdimat keçirilib, müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb. İşçi Qrupuna 22 dövlət qurumunun nümayəndələri daxildir və fəaliyyətinin əlaqələndirilməsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə həvalə olunub.

Teqlər: