Azərbaycanda meymunçiçəyinə yoluxma olub?

Azərbaycanda meymunçiçəyinə yoluxma olub?

Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.

Bu barədə AzerTimes-a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu günə qədər dünyanın bir çox ölkəsində meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb. Həmçinin ötən gün qonşu Gürcüstanda da virusa ilk yoluxma faktı təsdiqlənib.

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpkilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Teqlər: