Azərbaycanda meyit donorluğu ilə bağlı kifayət qədər böyük iş görülür – Nazir

Azərbaycanda meyit donorluğu ilə bağlı kifayət qədər böyük iş
görülür. Təlimlər keçirilir, artıq beyin ölümü meyarları qəbul
olunur.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri
Teymur Musayev deyib.

Nazir bildirib ki, həmin prosesə cəlb olunan mütəxəssislərin
xüsusi təlimləri həyata keçirilir.

“İnanırıq ki, qısa müddətdə koordinasiya mərkəzi beynəlxalq
standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə
başlayacaq. Bizim cəmiyyətdə də digər qabaqcıl ölkələr kimi bu
proses tam şəffaf şəkildə icra olunacaq”, – deyə nazir əlavə
edib.

Teqlər: