Azərbaycanda məşhur ticarət mərkəzi bağlandı

Azərbaycanda məşhur ticarət mərkəzi bağlandı

Gəncə-Universam QSC ləğv olunduğunu elan edib.

AzerTimes İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin növbədənkənar ümumi yığıncağında qərar qəbul olunub.

Beləliklə, qərarla ticarət mərkəzinin bağlanması rəsmiləşdirilib.

Qeyd edək ki, Gəncə-Universam 1998-ci ildən fəaliyyət göstərirdi. Şirkətin qanuni təmsilçisi Gülpəri Məcid qızı İbrahimovadır. Nizamnamə kapitalı isə 184 862 manat olub.

Ötən ay QSC-nin ləğv olunacağı ilə bağlı məlumatlar yayılmışdı.

Teqlər: