Azərbaycanda məşhur iş adamı binadan yıxılıb öldü

Azərbaycanda məşhur iş adamı binadan yıxılıb öldü

AAAF Park Yaşayış Kompleksinin əsas şəriklərindən biri, Holdinqin prezidenti Tofiq Heydərovun yaxın dostu və sinif yoldaşı, iş adamı Elçin Səfərov həlak olub.

AzerTimes Yeni Sabah-a istinadən xəbər verir ki, bədbəxt hadisə dünən gecə baş verib.

E.Səfərov Yeni Yasamal qəsəbəsində, yaşadığı mənzilin eyvanından yıxılıb.

Üçüncü mərtəbədən yıxılan iş adamının başı əvvəlcə kondisionerə, daha sonra yerə dəyib. Hadisə nəticəsində E.Səfərov həlak olub.

Bildirək ki, E.Səfərov uzun müddət “AAAF Park-Astara”nın direktoru vəzifəsində çalışıb.

Teqlər: