Xəbər - Humay Ağacanova – Trend:
Sumqayıt şəhərində koronavirusa yoluxan 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına tam orta məktəbdən AzerTimes-a verilən məlumata görə, məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Qeyd edilib ki, oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib:
“Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq, vəfat edib”.