Azərbaycanda mehmanxanalardan əsasən bu ölkələrin vətəndaşları istifadə edib

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz artaraq 694,7 min olub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, gecələmələrin 51,7 faizi Bakıda, 8,5 faizi Qəbələdə, 5,7 faizi Qusarda, 5,2 faizi Qubada, 4,9 faizi Lənkəranda, 4,2 faizi Şabranda, 3,6 faizi Xaçmazda, 2,8 faizi Naftalanda, 2,0 faizi Şamaxıda, 1,6 faizi Mingəçevirdə, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Masallıda, 0,8 faizi Gəncədə, 0,7 faizi Qaxda, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəmkirdə və 4,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalaraq 132,8 min olub ki, bu da ümumi gecələmələrin 19,1 faizini təşkil edir. Gecələmələrin 15,7 faizi Türkiyə, 15,2 faizi Böyük Britaniya, 10,0 faizi Rusiya Federasiyası, 5,1 faizi İtaliya, 4,3 faizi Almaniya, 2,9 faizi ABŞ, 2,6 faizi Ukrayna, 2,0 faizi İsrail, 2,0 faizi Niderland, 1,9 faizi Belarus, 1,7 faizi Qazaxıstan, 1,5 faizi Fransa, 1,3 faizi Norveç, 33,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşub.


Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 85,5 faizi Bakıda, 5,2 faizi Qusarda, 3,0 faizi Qəbələdə, 1,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şabranda, 0,9 faizi Naftalanda, 0,8 faizi Mingəçevirdə, 0,8 faizi Qubada, 0,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,3 dəfə artaraq 561,9 min olub.

Teqlər: