Azərbaycanda məhkumların əfv olunması artıq bir ənənə halını alıb – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda məhkum olunmiş şəxslərin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq bir ənənə halını alıb. 2003-cü ildən bu günə qədər Prezident tərəfindən 36 əfv sərəncamı imzalanıb ki, bu da hər ildə ən azı iki əvf sərəncamının imzalanması deməkdir.

Bunu AzerTimes-a Milli məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bu humanitar akt sayəsində idiyədək ümumilikdə minlərlə məhkum edilmiş vətəndaşmız bu və ya digər səviyyədə əvf aktının əhatə dairəsinə düşüb və azadlığına qovuşub:

“18 mart 2021-ci il tarixində imzalanan sərəncam isə 625 məhkuma şamil edilib ki, bu da yalnız 2018-ci ildə əfv edilənlərlə müqaiysədə bir qədər azdır. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamı 634 məhkuma şamil edilmişdi. Yəni indiki əfv məhkumları əhatə etmə miqyasına görə ikinci ən böyük humanitar aktdır.

Nəzərə almaq lazımdır ki, əvf edilənlərin böyük əksəriyyətinin, yəni 475 məhkumun cəzasının çəkilməmiş hissəsinə xitam verilib və onlar birbaşa azadlığa çıxıblar. İkinci ən mühüm məsələ ondan ibarətdir ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Bu, özlüyündə ayrıca bir humanist aktdır. Digər məsələlərə gəldikdə isə əvf olunan məhkumların sırasında 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar məhkum edilmiş 30 nəfər şəxsin, İslam Partiyasının sədr müavininin, AXCP-dən olan 5 siyasi fəalın və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfərin də adının olması xüsusi qeyd edilməlidir.

Onalrın hər birinin törətdiyi cinayət əməlləri qanunla sübuta yetirilmiş hal sayılmaqla cəza tədbirləri görülsə də, indi əvf edilmələri yenə də cinayət törədənlərə qarşı dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, məhkum olunmuş şəxslərin əfv edilməsi onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq həyata keçirilir.

Burada məqsəd təkcə dövlətin humanizm siyasətini nümayiş etdirmək deyil, eyni zamanda məhkumların öz törətdikləri əməllərindən peşman olaraq onu bir daha təkrar etməməsi üçün verilən şansın onlar tərəfindən düzgün qiymətləndirilməsidir. Azadlıq çox qiymətli nemətdir və hər hansı səbəbə, yaxud hər hansı emosional davranışa görə onun qanun tərəfindən məhdudlaşdırılmasına səbəb verən hərəkətləri əsla etmək olmaz”.

Teqlər: