Xəbər - Samir Əli – Trend:
Penitensiar müəssisələrdə saxlanılan məhkumların vaksinasiyası ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun həyata aparılır.
Ədliyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, artıq məhkumların 98 faizi 1-ci doza, 60 faizi isə 2-ci doza vaksinasiyadan keçib:
“Yaşı 40-dan yuxarı olan məhbusların vaksinasiyası yekunlaşıb, 18 yaşdan yuxarı olanlara birinci doza vaksin vurulub, hazırda ikinci doza vaksinasiyası davam etdirilir.
Vaksinasiya prosesi cəzaçəkmə müəssisələrinin tibb məntəqələri tərəfindən həyata keçirilir. Hazırkı dövrə qədər peyvənd olunan məhkumlar arasında kəskin allergik reaksiya və ya hər hansı ağırlaşma baş verməyib”.