Azərbaycanda məcburi məzuniyyət tətbiq oluna bilər

Xəbər - Humay Ağacanova – Trend:

Hazırda məzuniyyətlə bağlı məcburilik yoxdur.

Trend-in məlumatına görə, bunu bunu Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O qeyd edib ki, bəzən məzuniyyətin məcburi olmaması halından
sui-istifadə edirlər.

“Məcburi məzuniyyətlə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi
təklif edilib. Məzuniyyətdən istifadə olunmalıdır ki, işin
keyfiyyətinə mənfi təsir etmə halları olmasın. Məzuniyyət də
tərəflərin qarşılıqlı razılığı əsasında ya həmin il, ya da növbəti
təqvim ilinə keçirilməsi kimi həll oluna bilər”, – deyə o əlavə
edib.

Teqlər: