Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda 2020-ci il üzrə maliyyə hesabatı verən siyasi partiyaların sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasından AzerTimes-a verilən məlumata görə, indiyə qədər 45 siyasi partiya maliyyə hesabatlarını təqdim edib.

Qeyd edək ki, Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.

Teqlər: