Azərbaycanda kreativ sənaye və müəllif yaradıcılığının dinamik artımı müşahidə olunur – Kamran İmanov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda kreativ sənaye və müəllif yaradıcılığının dinamik
artımı müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Əqli
Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov “Yaradıcı sənayedə çağırıçlar və biznes imkanları” adlı tədbir
zamanı deyib.

Onun sözlərinə görə, 2010-cu ildə kreativ sənayenin ümumi
daxildə məhsulda payı 3,5 faiz, 2015-ci ildə 5,1 faiz, 2020-ci ildə
5,3 faiz təşkil edib.

“Azərbaycanın ümumi daxili məhsulunda müəllif layihələrinin payı
isə 2010-cu ildə 1,8 faiz, 2015-ci və 2020-ci ildə 2,9 faiz təşkil
edib”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: