Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə olunmur – TƏBİB

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanda koronavirusa görə ölüm faizində artım müşahidə olunmur.

AzerTimes-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda “COVID-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, koronavirusdan ölüm hallarının azalıb-çoxalması əsasən infeksiyaya yoluxan və ölənlərin faiz nisbəti ilə götürülür:

“Ölüm halları xəstəliyin gedişatı ilə əlaqədardır. Hazırda koronavirusla bağlı ölüm hallarında artma müşahidə olunmur”, -deyə Y.Qarayeva bildirib.

Teqlər: